Oracle -ın icraçı sədri Larry Ellison 50 milyon ədəd Oracle səhmini, yəni cari qiymətlə 7.5 milyard dollarlıq səhmi satmayacaq. Şirkət şənbə günü bildirib ki, “Bu plan çərçivəsində heç bir Oracle səhmi satılmayıb və onun Oracle səhmlərini satmaq üçün başqa planları yoxdur”. Bu açıqlama Ellison -un ticarət planının (10b5-1 Planı) ona 50 milyon ədəd Oracle adi səhmini satmağa imkan verəcəyini bildirməsindən bir gün sonra verilib, Reuters xəbər verir. Oracle -ın təsisçisinin ticarət planı iyunun 22-də qəbul edilib və oktyabrın 24-də başa çatmalı idi.