Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib Ölkə xarici 13/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib. Bu barədə Macarıstan hökumətinin başçısı öz müraciətinin yayımı zamanı bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Orban bildirib ki, hakim siyasi qüvvə səsvermənin yekunlarına görə məğlub olub. Səslərin 53,45%-nin işlənməsindən sonra “Tisa” Macarıstandakı parlament seçkilərində ilkin olaraq liderlik edir və parlamentdəki 199 yerdən 136-nı qazanır. “Fides” – “Xristian-Demokratik Xalq Partiyası” alyansı 56 yer qazanır, ifrat sağçı “Bizim Vətən”in isə yeddi yeri var. Orban həmçinin səslərin sayılmasının başa çatmasını gözləmədən müxalif “Tisa” partiyasının lideri Peter Madyarı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. Bu barədə Madyar özünün sosial şəbəkə hesablarında məlumat verib. “Baş nazir Viktor Orban indicə bizi telefonla qələbə münasibətilə təbrik edib”, – o yazıb. Qeyd edək ki, Macarıstandakı parlament seçkilərində ölkə tarixində rekord səviyyədə seçici fəallığı qeydə alınıb. MənbəREPORT TaglarMacarıstanParlament seçkiləriViktor Orban Son xəbərlər Ölkə xarici KİV: İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edib 12/04/2026 Ölkə xarici İran Hörmüz boğazında gəmiçiliyə tam nəzarət etdiyini açıqlayıb 12/04/2026 Ölkə xarici Tramp: Çinə 50% rüsum tətbiq edilə bilər 12/04/2026 Texnologiya xəbərləri Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürə bilər 12/04/2026 Digər xəbərlər Ölkə xarici KİV: İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edib 12/04/2026 Ölkə xarici İran Hörmüz boğazında gəmiçiliyə tam nəzarət etdiyini açıqlayıb 12/04/2026 Ölkə xarici Tramp: Çinə 50% rüsum tətbiq edilə bilər 12/04/2026 Texnologiya xəbərləri Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürə bilər 12/04/2026