Çin Tayvanla münasibətlərin yaxşılaşdırılması üzrə 10 maddəlik siyasət paketi elan edib Ölkə xarici 12/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Çin hökuməti suverenlik mübahisəsi olan Tayvanla münasibətləri yaxşılaşdırmaq üçün 10 maddəlik siyasət paketi elan edib. Çin Kommunist Partiyasının (ÇKP) Tayvan Araşdırmaları Ofisinin açıqlamasına görə, siyasət paketi ada ilə materik arasında əlaqələri artırmağı və möhkəmləndirməyi hədəfləyir. Bu paket iki ölkənin siyasi partiyaları arasında ünsiyyət mexanizminin yaradılmasından tutmuş səyahət məhdudiyyətlərinin aradan qaldırılmasına qədər müxtəlif istiqamətləri əhatə edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Paket ÇKP ilə Tayvanın əsas müxalifət Millətçi Partiyası (Koumintang/KMT) arasında müntəzəm ünsiyyət mexanizminin yaradılmasını və Tayvan boğazının hər iki tərəfindəki gənclər arasında qarşılıqlı əlaqələr üçün birgə institusional platformanın yaradılmasını təklif edir. Bundan başqa, paketdə Çinin Fujian əyaləti ilə Tayvan materiki yaxınlığındakı Kinmen və Matsu adaları arasında su, elektrik enerjisi və təbii qazın paylaşılması, habelə iki bölgəni birləşdirən dəniz körpüsünün tikintisi təklifləri yer alır. Paketin bir hissəsi olaraq, hələ COVID-19 pandemiyası zamanı Çin materikindəki müəyyən şəhərlər ilə Tayvan arasında dayandırılan bəzi müntəzəm uçuşlar yenidən başlayacaq, Fujian və Şanxay sakinlərinə Tayvanı turist kimi ziyarət etməyə icazə veriləcək, Fujian əyalətinin Siamen şəhərindəki yeni hava limanı Kinmen adasının sakinlərinin istifadəsi üçün açılacaq. Tayvanın kənd təsərrüfatı və balıqçılıq məhsullarının Çin bazarına çıxışı üçün karantin standartlarını təmin etmək məqsədilə kommunikasiya mexanizminin yaradılması təklifini ehtiva edən paketdə, həmçinin adanın qida istehsalçılarının qeydiyyat prosesinin materik bazarına çıxışı təmin etmək üçün sadələşdiriləcəyi bildirilir. Paketdə, həmçinin Tayvanın dəniz balıqçı gəmilərinin lövbər salması üçün körpü və dokların tikintisi və materik sularında tutulan balıqların satışını asanlaşdırmaq da əks olunub. Eyni zamanda, Tayvandan kiçik məhsulların ticarəti üçün bazar imkanlarının araşdırılacağı və adanın mikro, kiçik və orta müəssisələrinin materik bazarına daxil olması üçün dəstək veriləcəyi bildirilir. Bundan əlavə, paketdə qeyd olunur ki, materikdə Tayvan istehsalı olan televiziya proqramlarının, sənədli filmlərin və cizgi filmlərinin nümayişinə dəstək veriləcək, ada vətəndaşları materikdə mikrodram istehsalında iştirak edə biləcəklər. MənbəAZƏRTAC TaglarÇinTayvan Son xəbərlər Ölkə xarici Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib 13/04/2026 Ölkə xarici KİV: İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edib 12/04/2026 Ölkə xarici İran Hörmüz boğazında gəmiçiliyə tam nəzarət etdiyini açıqlayıb 12/04/2026 Ölkə xarici Tramp: Çinə 50% rüsum tətbiq edilə bilər 12/04/2026 Digər xəbərlər Ölkə xarici Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib 13/04/2026 Ölkə xarici KİV: İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edib 12/04/2026 Ölkə xarici İran Hörmüz boğazında gəmiçiliyə tam nəzarət etdiyini açıqlayıb 12/04/2026 Ölkə xarici Tramp: Çinə 50% rüsum tətbiq edilə bilər 12/04/2026