Uşaqların nalayiq görüntülərinə sahib olmaqda ittiham olunan ABŞ səfirliyinin bir əməkdaşı avqust ayında Cənubi Londondakı mənzilində saxlanılıb və Britaniya polisi tərəfindən sorğu-sual edilmədən Böyük Britaniyadan aparılıb. ABŞ səfirliyi BBC-yə təsdiqləyib ki, səlahiyyətlilər iddiaları araşdırır və sorğular davam edərkən əməkdaşı ABŞ-a təyin ediblər. Səfirlik rəsmiləri bəyanatda deyiblər: “ Amerika Birləşmiş Ştatları hökuməti bütün personalın ən yüksək davranış standartlarına riayət etməsini gözləyir və biz bu iddialara ciddi yanaşırıq”. Onlar əlavə ediblər ki, “ Böyük Britaniya hüquq-mühafizə orqanlarına tez bir zamanda məlumat veriblər və sürətli tədbirlər görüblər”. Məlumata görə, həmin şəxs Cənub-Qərbi Londondakı Vauxhall-da yerləşən ABŞ səfirliyində işləyib və diplomat olmasa da, diplomatik müdafiə çətiri altında olub.