ABŞ səfirliyinin bir əməkdaşı, uşaqların nalayiq təsvirlərinə sahib olmaq ittihamları səbəbindən avqust ayında Böyük Britaniyadan çıxarılıb. Bu barədə bazar günü BBC məlumat yayıb. BBC -nin məlumatına görə, səfirlik əməkdaşı ölkəni tərk etməzdən əvvəl mənzilində saxlanılıb və bu, Britaniya polisinin onu dindirməsindən əvvəl baş verib. London dakı ABŞ Səfirliyi BBC -yə bildirib ki, məsələ araşdırılarkən əməkdaş ABŞ -da yerləşən bir vəzifəyə təyin edilib. Səfirlik rəsmiləri deyiblər: “ Birləşmiş Ştatlar hökuməti bütün personaldan ən yüksək davranış standartlarına riayət etməsini gözləyir”. “Biz bu ittihamları ciddiyə alırıq.” Rəsmilər bildiriblər ki, ittihamları öyrəndikdən sonra “sürətli tədbirlər görüblər” və “ Böyük Britaniya hüquq-mühafizə orqanlarına dərhal məlumat veriblər”, ABŞ -ın araşdırması Böyük Britaniya ilə birlikdə aparılır. Əməkdaş araşdırma davam edərkən kommersiya uçuşu ilə ABŞ -a geri göndərilib. BBC əlavə edib ki, kommersiya uçuşu ilə ABŞ -a geri göndərilən əməkdaş diplomat olmasa da, diplomatik müdafiəyə malikdir. Böyük Britaniya hökumətinin sözçüsü, ölkənin “ Böyük Britaniya dakı bütün xarici diplomatlardan qanunlarımıza riayət etmələrini gözlədiyini, eyni şəkildə xaricdə xidmət edən bütün Böyük Britaniya diplomatlarından da bunu gözlədiyini” bildirib.