PXYONQYAN , 14 sentyabr. /TASS/. Koreya Xalq Ordusu strateji qanadlı raketlər və taktiki ballistik raketlərdən istifadə edərək uzaqmənzilli artilleriya və raket qüvvələrinin iştirakı ilə birgə təlimlər keçirib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Təlimlər sentyabrın 12-də baş tutub. Təlimlərdə Şimali Koreyanın beş artilleriya və raket bölməsi iştirak edib. Həmçinin zərbə dronları və termobarik sursatlarla təchiz olunmuş iriçaplı reaktiv yaylım atəş sistemləri də istifadə edilib. Təlimlərə Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komissiyasının sədr müavini Marşal Pak Con Çon və Koreya Xalq Ordusu Baş Qərargahının Artilleriya İdarəsinin direktoru General-mayor Ryu Çan Son rəhbərlik ediblər. Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, iştirak edən bütün zərbə sistemləri təyin olunmuş hədəfləri " 100% dəqiqliklə " eyni anda vurublar.