Yapon konqlomeratı keçən həftə iki illik müddətə nəzərdə tutulmuş vəsaiti təmin edərək, təxminən 20 bankdan öhdəliklər cəlb etdi. SoftBank səhmləri bazar ertəsi 13%-ə qədər ucuzlaşdı ki, bu da iyulun 17-dən bəri ən böyük düşüşdür. Məsələ ilə tanış olan şəxslərin bildirdiyinə görə, SoftBank Group Corp. ABŞ süni intellekt firması OpenAI -yə investisiyasını dəstəkləmək üçün əvvəlki 10 milyard dollarlıq hədəfdən daha yüksək, 11,87 milyard dollarlıq kredit təmin edib. Yapon konqlomeratı keçən həftə iki illik müddətə nəzərdə tutulmuş bu vəsaiti təmin edərək, təxminən 20 bankdan öhdəliklər cəlb edib. Məsələ ilə tanış olan şəxslər ictimaiyyətə danışmaq səlahiyyətləri olmadığı üçün adlarının açıqlanmamasını xahiş ediblər. Softbank şərh verməkdən imtina edib.