Vanuatu hökumətinin bildirdiyinə görə, ölkənin sahillərində bərə batdıqdan sonra bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb. MV Matui gəmisi cümə günü 40-dan çox sərnişin və heyət üzvü ilə Santo adasından Ambae adasına çox sərt dəniz şəraitində yola düşüb, lakin mənzil başına çatmayıb. Vanuatu baş naziri Jotham Napat -ın ofisi bazar günü verdiyi açıqlamada bildirib: “Ürəyimiz və dualarımız yaxınlarını itirmiş ailələrlədir. Axtarış-xilasetmə əməliyyatları davam edir.” Açıqlamada qeyd olunub ki, gəmidə olanlardan 15 nəfər “sağ tapılıb” və bir cəsəd aşkarlanıb.