Gəncədə 6 il əvvəl qətlə yetirildiyi ehtimal olunan 70 yaşlı kişinin meyitinin qalıqları tapılıb. "Report"un Qərb bürosunun məlumatına görə, 1956-cı il təvəllüdlü Əli Mahmudov 2020-ci ildən axtarışda olub. Evin həyətində tapılan qalıqların ona aid olduğu ehtimal edilir. Gəncə Şəhər Prokurorluğu və polis əməkdaşları hadisə yerində araşdırma aparır.