Birləşmiş Ərəb Əmirlikləri , milyonlarla insanın istifadə etdiyi milli rəqəmsal identifikasiya sistemi UAEPASS üçün, təsdiqlənmiş sənədləri idarə edən Rəqəmsal Kasa (Digital Vault) infrastrukturunu Avalanche şəbəkəsinə keçirmək qərarı verdi. Yeni sistemlə birlikdə, dövlət və özəl sektor tərəfindən istifadə olunan sənədlərin daha sürətli şəkildə təsdiqlənəcəyi bildirildi. BAƏ Telekommunikasiya və Rəqəmsal Dövlət Tənzimləmə Qurumu (TDRA) tərəfindən edilən açıqlamada; “Rəqəmsal Kasa” infrastrukturunun artıq bir blokçeyn sisteminə sahib olduğu, lakin bunun daha sürətli və etibarlı olması üçün Avalanche -ın seçildiyi ifadə edildi. Burada anlaşılması gərəkən fərq isə, sistemin bütün Avalanche şəbəkəsinə bağlı olmayacağıdır… İnfrastruktur sistemi, özünəməxsus, lakin Avalanche əsaslı olan bir şəbəkədə istifadə olunacaq. Yəni Avalanche şəbəkəsi sıx şəkildə istifadə edildiyi zaman, buradakı əməliyyatlar ya da təsdiqləmə prosedurları yavaşlamayacaq ya da tıxanmayacaq. Təxminən 12.5 milyon insan tərəfindən istifadə edilən UAEPASS , həm vətəndaşların, həm də turistlərin bir çox sənədini saniyələr içində təsdiqləməsinə imkan verir. Ənənəvi sistemdə qurumlar sənəd təsdiqləmək üçün ayrı-ayrı uzunmüddətli araşdırmalar aparmaq məcburiyyətində qalırdı. Bu sistem sayəsində isə təsdiqləmə problemi tamamilə aradan qalxmış olacaq.