11 ölkədən ibarət BRICS qrupu sərhədlərarası ödəniş əlaqələrini gücləndirməyə söz versə də, ümumi valyuta yaratmaq istiqamətində heç bir addım atmayıb. Analitiklər bildiriblər ki, bu vəd dedollarizasiya səylərindən geri çəkilməkdən daha çox, daha praqmatik dedollarizasiya strategiyasına keçid deməkdir. Şənbə günü Yeni Dehli də keçirilən BRICS sammitində dərc olunan 45 səhifəlik liderlər bəyannaməsində qeyd edilib ki, qrupun Ödəniş İşçi Qrupu BRICS ölkələri arasında “sürətli, ucuz, daha əlçatan, səmərəli, şəffaf və təhlükəsiz” sərhədlərarası ödənişləri asanlaşdırmaq üçün işləməyə davam edəcək. Lakin Hindistan ın Xarici İşlər Nazirliyinin katibi Sudhakar Dalela şənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, “hazırda BRICS üçün BRICS valyutası ilə bağlı heç bir təklif yoxdur”. Pekin də yerləşən Çin və Qloballaşma Mərkəzinin qeyri-rezident əməkdaşı Matteo Giovannini deyib ki, bu, “dedollarizasiyadan geri çəkilməkdən daha çox, onun strategiyasında dəyişiklikdir; ümumi BRICS valyutası yaratmaq cəhdindən, BRICS üzvlərinə dollardan asılılığı praktiki baxımdan azaltmağa imkan verən infrastrukturun qurulmasına doğru bir keçiddir”.