Bu il Azərbaycanda yeni yaradılan xarici kapitallı şirkətlərin payı azalıb Yerli biznes xəbərləri 13/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 696 283 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Halbuki, 2025-cü ilin eyni dövründə 1 614 737 vergi ödəyicisi vardı. Banker.az bunu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,9 faiz, hüquqi şəxslərin sayı 6,2 faiz artıb. Aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 986 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur. 2026-cı ilin mart ayında 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,3 faizi yerli investisiyalı, 8,7 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 86,9 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-mart aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,2 faiz təşkil edib. 2026-cı ilin aprel ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb. 2025-ci ilin yanvar-mart aylarında 3 479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89 faizi yerli investisiyalı, 11 faizi xarici investisiyalı idi. Kommersiya qurumlarının 86 faizi elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil etmişdi. Taglarxarici kapitallı şirkətlər Son xəbərlər İnvestisiya InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 13/04/2026 Ölkə daxili Yoxlamalar zamanı uyğunluq elementləri üzrə 584,8 mln. manat pozuntu üzə çıxarılıb 13/04/2026 Maliyyə xəbərləri Dövlət büdcəsinə 40,2 milyon manatlıq zərər – sənədlər hüquq-mühafizə orqanlarına göndərildi 13/04/2026 Bank xəbərləri “Rabitəbank” ASC açıq tender elan edir 13/04/2026 Digər xəbərlər İnvestisiya InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 13/04/2026 Ölkə daxili Yoxlamalar zamanı uyğunluq elementləri üzrə 584,8 mln. manat pozuntu üzə çıxarılıb 13/04/2026 Maliyyə xəbərləri Dövlət büdcəsinə 40,2 milyon manatlıq zərər – sənədlər hüquq-mühafizə orqanlarına göndərildi 13/04/2026 Bank xəbərləri “Rabitəbank” ASC açıq tender elan edir 13/04/2026