MOSKVA , 14 sentyabr. /TASS/. ABŞ -a məxsus kəşfiyyat dronu Fars körfəzi nin neytral suları üzərində bir neçə saat uçuş edib. Bu barədə Yaxın Şərq in hava hərəkətinə nəzarət xidmətlərindəki mənbə TASS -a bildirib. Mənbə deyib: “ Northrop Grumman MQ-4C Triton dronu regiondakı hərbi bazalardan birindən Fars körfəzi regionuna gəlib, sonra neytral sular üzərində bir neçə dövrə vurub və yola çıxdığı bazaya geri dönüb”. O əlavə edib ki, dron təxminən 14,5 km hündürlüyü saxlaya bilər ki, bu da kommersiya təyyarələrinin adətən uçduğu hündürlükdən xeyli yüksəkdir. Mənbə bildirib ki, Northrop Grumman MQ-4C Triton dronları bu yaxınlarda Yaxın Şərq səmalarına qayıdıb. Bu tip təyyarələr real vaxt rejimində kəşfiyyat məlumatları təqdim etmək və geniş dəniz və quru səthlərini izləmək, həmçinin Boeing P-8 Poseidon kimi sualtı qayıqlara qarşı təyyarələrin imkanlarını tamamlamaq qabiliyyətinə malikdir. Yazda Northrop Grumman MQ-4C Triton təyyarələrindən birində fövqəladə hal baş verib – o, uçuş zamanı təhlükə siqnalı göndərib və sonra Fars körfəzi üzərində yoxa çıxıb.