MOSKVA, 14 sentyabr. /TASS/. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sərhədlərində NATO hərbi infrastrukturunun yaradılmasından və Şimali Atlantika Alyansı ölkələrinin döyüşkən ritorikasından narahatdır. Bu barədə KTMT-nin baş katibi Taalatbek Masadıkov “Milli Müdafiə” jurnalına verdiyi məqalədə bildirib. O qeyd edib ki, “ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı , öz məsuliyyət zonasında sülh və sabitliyi təmin edən çoxfunksiyalı bir sistem olaraq, NATO ölkələrinin bəzi KTMT üzv dövlətlərinə qarşı döyüşkən ritorikası və təşkilatın məsuliyyət zonasının sərhədlərində hərbi infrastrukturun yaradılması kimi hadisələrdən narahat olmaya bilməz”.