İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bazar ertəsi gecə bildirib ki, bir neft tankeri dəniz minasına dəyərək Hörmüz boğazında partlayıb. İİKK -yə istinadən dövlət yayımçısı IRIB -in verdiyi məlumata görə, El Gaia tankeri boğazın cənub marşrutu ilə hərəkət edirdi və bu marşrut İran tərəfindən minalanmışdı. Mina partladıqdan sonra gəminin tamamilə alovlandığı bildirilib. ABŞ hərbçiləri bu məlumatı rədd edib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial mediada bildirib ki, “ Panama bayraqlı El Gaia neft tankeri keçən ay İran raketi ilə vurulmuş və işlək vəziyyətdən çıxarılmışdı. Bu həftəsonu İran gəmi Oman sahillərindəki sularda olarkən onu yenidən dronla vurub”.