Hörmüz boğazının bloklanması neftin qiymətini 150 dollara qaldıra bilər — Bloomberg Neft və Qaz 13/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Bazar ertəsi Brent markalı neftin qiyməti bir barel üçün 103 dollardan yuxarı qalxıb. Artım həftəsonu Vaşinqton və Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra baş verib ki, bu da artıq bazarları sarsıtmış qlobal enerji böhranını daha da dərinləşdirib. ABŞ silahlı qüvvələri bazar ertəsi Nyu-York vaxtı ilə saat 10:00-dan etibarən İran limanlarına daxil olan və ya onları tərk edən bütün gəmilərə şamil olunacaq blokadaya başlayacaq. “Bu səhər gördüyümüz rəqəm — 103 dollar, yəni 8%-lik artım sadəcə məntiqsizdir. Qiymət 140–150 dollar olmalıdır”, – deyə “Onyx Capital Group”mütəxəssisi Xorxe Montepeke söyləyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Montepekenin sözlərinə görə, ABŞ-nin blokadası regional münaqişəni potensial olaraq qlobal münaqişəyə çevirə bilər və bu, gündəlik 12 milyon barelə qədər tədarükün itirilməsinə gətirib çıxarar. O qeyd edib ki, treyderlər boğazın tam blokadası ideyasını “həddindən artıq absurd” hesab etdikləri üçün Asiya sessiyası zamanı qiymətlərin reaksiyası nisbətən sakit olub. “Bir sözlə: bu, dəlilikdir, — deyə Montepeke bildirib. — ABŞ-nin etdikləri tamamilə məntiqsizdir, çünki onlar İrana o qədər fokuslanıblar ki, dünyaya vurulan zərəri nəzərdən qaçırırlar. Bu ağrı Asiyada hiss olunur, Sakit okeanın cənubunda hiss olunur, neftdən asılı olan hər kəs bunu hiss edir”. Onun sözlərinə görə, əgər Donald Tramp bəzi addımlarından geri çəkilərsə, neftin qiyməti ilin sonuna qədər təxminən 100 dollar/barel səviyyəsində qala bilər. Son xəbərlər Yerli biznes xəbərləri “Azərşəkər”ə əlavə 2.6 milyon manat maya qoyuldu 13/04/2026 Ölkə daxili Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək 13/04/2026 Bank xəbərləri Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı! 13/04/2026 Bank xəbərləri ABB Invest vasitəsilə PAŞA Bank səhmlərinin sahibi olun! 13/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Azərşəkər”ə əlavə 2.6 milyon manat maya qoyuldu 13/04/2026 Ölkə daxili Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək 13/04/2026 Bank xəbərləri Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı! 13/04/2026 Bank xəbərləri ABB Invest vasitəsilə PAŞA Bank səhmlərinin sahibi olun! 13/04/2026