Böyük Britaniyanın Baş naziri Keyr Starmer bazar ertəsi bildirib ki, təzyiqlərdən asılı olmayaraq, Böyük Britaniya İran müharibəsinə cəlb olunmayacaq və Hörmüz boğazının blokadasını dəstəkləmir. BBC Radio 5 Live -ə danışan Starmer, boğazın yenidən açılmasının həyati əhəmiyyət kəsb etdiyini söyləyib. Starmer deyib: “Mənim fikrimcə, boğazın açılması və tamamilə açılması həyati əhəmiyyət daşıyır və son bir neçə gündə bütün səylərimizi buna yönəltmişik və bunu etməyə davam edəcəyik”.