Yüksək qiymətləndirilən 15 yaşlı hücumçu JJ Gabriel “ Manchester United ”dən ayrılmaq üzrədir. O, ötən mövsüm Premier Liqa U-18 -də ilin oyunçusu mükafatını qazanıb, həmçinin “United”in U-18 komandasında da ilin oyunçusu seçilmişdi. Keçən ay Stokholmda “ Atletico Madrid ”ə qarşı mövsümöncəsi oyunda “United”in əsas komandasında debüt etmiş, ötən həftə UEFA Gənclər Liqası debütündə het-trik etmişdi və çərşənbə axşamı “ Brighton ” ilə Carabao Kuboku matçında rəsmi debüt etməsi gözlənilirdi. Problemlərin dəqiq səbəbləri açıqlanmasa da, Gabrielin ötən həftənin sonunda Michael Carrick -in heyəti ilə məşq etmədiyi, oyunçunun ailəsi ilə “United” arasında münasibətlərdə problemlərin olduğu bildirilir. Gabrielin mövsümün sonuna qədər müqaviləsi olduğu üçün klub hələ də vəziyyəti həll etmək ümidini itirməyib. “United” mənbələri vəziyyətin bu şəkildə inkişaf etməsinə nəyin səbəb olduğunu bilmədiklərini deyirlər.