Donald Tramp süni intellektin tənzimlənməsinə niyə bu qədər qarşı çıxır? Süni intellekt (Sİ) şirkəti Anthropic -in rəhbəri süni intellekt modellərinin inkişaf sürətinin azaldılmasına və yaxından nəzarət edilməsinə çağırıb, digər Sİ liderləri də ona qoşulublar. Lakin ABŞ Prezidenti Donald Tramp bu texnologiyanın tənzimlənməsi çağırışlarına qarşı çıxır. BBC -nin Şimali Amerika üzrə redaktoru Sarah Smith , ABŞ prezidentinin Sİ-ni tənzimləməkdən çəkinməsinin iki səbəbini izah edir. Video Cai Pigliucci tərəfindən hazırlanıb, Ian Druce tərəfindən lentə alınıb, Meiying Wu tərəfindən redaktə edilib. Əlaqədar mövzular: Birləşmiş Ştatlar , Süni intellekt , Donald Tramp .