Cənubi Koreya və Polşa strateji tərəfdaşlıq barədə razılığa gəlib Ölkə xarici 13/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Cənubi Koreya və Polşa ikitərəfli münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəlib. Bu barədə “Yonhap News Agency” məlumat yayıb. Cənubi Koreya prezidenti Li Zhe-Mön və Polşanın Baş naziri Donald Tusk müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətində olduqlarını bildiriblər. Tərəflər xüsusilə müdafiə sahəsində əməkdaşlığın inkişafına diqqət yetiriblər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Agentliyin qeyd etdiyinə görə, Ukraynada müharibə başladıqdan sonra hərbi əməkdaşlıq münasibətlərin əsas elementinə çevrilib. 2022-ci ildə Polşa Seulla 44,2 milyard dollar dəyərində çərçivə sazişi imzalayıb. Saziş çərçivəsində K2 tanklarının, K9 haubitsalarının, FA-50 yüngül hücum təyyarələrinin və Chunmoo reaktiv yaylım atəş sistemlərinin alınması nəzərdə tutulur. Dekabr ayında Polşa “Hanwha Aerospace” ilə 4 milyard dollar dəyərində əlavə müqavilə imzalayaraq yeni “Chunmoo” komplekslərinin alınmasını razılaşdırıb və bununla da Cənubi Koreya silahlarının ən böyük alıcılarından biri statusunu möhkəmləndirib. 13 aprel tarixində Donald Tusk Seulda keçirdiyi brifinqdə parlament seçkilərində “Tisa” müxalifət partiyasının qələbəsindən sonra Macarıstanın yeni hökuməti ilə “xüsusi münasibətlər” qurmaq niyyətində olduğunu da bildirib. Hazırkı Baş nazir Viktor Orban məğlubiyyətini qəbul edərək müxalifətdə də olsa ölkəsinə xidmət edəcəyini qeyd edib. TaglarCənubi KoreyaPolşa Son xəbərlər Neft və Qaz Qazaxıstan martda Rusiya üzərindən neft ixracını 50% artırıb 13/04/2026 Ölkə daxili Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü işdən çıxıb 13/04/2026 İqtisadiyyat Yaxın Şərqdəki müharibə səbəbindən fıstıq 8 ilin maksimumuna çatıb 13/04/2026 Bank xəbərləri Birbank Invest-lə PAŞA Bank səhmdarı ol 13/04/2026 Digər xəbərlər Neft və Qaz Qazaxıstan martda Rusiya üzərindən neft ixracını 50% artırıb 13/04/2026 Ölkə daxili Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü işdən çıxıb 13/04/2026 İqtisadiyyat Yaxın Şərqdəki müharibə səbəbindən fıstıq 8 ilin maksimumuna çatıb 13/04/2026 Bank xəbərləri Birbank Invest-lə PAŞA Bank səhmdarı ol 13/04/2026