Yaxın Şərqdəki müharibə səbəbindən fıstıq 8 ilin maksimumuna çatıb İqtisadiyyat 13/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Fıstığın qiyməti ABŞ və İran arasında münaqişənin kəskinləşməsi fonunda son səkkiz ilin ən yüksək səviyyəsinə çatıb. Bu barədə “Bloomberg” yazır. Məlumata görə, fıstığın bir funtunun (454 qram) orta qiyməti 4,57 dollara qədər yüksəlib. Bu qiymət sonuncu dəfə 2018-ci ilin mayında qeydə alınıb. İran dünya üzrə fıstıq tədarükünə görə ikinci yeri tutur və qlobal ixracın təxminən üçdə biri bu ölkənin payına düşür.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nik Moss bildirib ki, bazardakı problemlər hələ fevral ayında ABŞ-nin İrana qarşı əməliyyatından əvvəl başlayıb. Keçən il İranda fıstıq məhsulu gözləniləndən az olub, ilin əvvəlində isə etirazlar səbəbindən rabitə məhdudiyyətləri xarici tədarüklərin təşkilinə mane olub. Agentlik qeyd edir ki, fıstıq dondurma, şokolad və digər məhsullarda geniş istifadə olunur. Onun bahalaşması istehsalçıların qiymətləri artırmasına və ya daha ucuz qoz növlərinə keçməsinə səbəb ola bilər. 29 mart tarixində “The Telegraph” yazıb ki, Fars körfəzindəki döyüşlər gübrə istehsalının əsas regionuna ciddi zərbə vurub. Karbamid, ammonyak və kükürd tədarükləri kənd təsərrüfatı üçün kritik olan 27 gün ərzində bloklanıb. Xüsusilə, Fars körfəzindən idxaldan asılı olan Asiyanın kasıb ölkələri, eləcə də yanacaq və gübrə qiymətlərinin kəskin artımı ilə üzləşən ABŞ və Avstraliya fermerləri üçün vəziyyət daha ağırdır. Taglarfıstıq Son xəbərlər Neft və Qaz Qazaxıstan martda Rusiya üzərindən neft ixracını 50% artırıb 13/04/2026 Ölkə daxili Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü işdən çıxıb 13/04/2026 Ölkə xarici Cənubi Koreya və Polşa strateji tərəfdaşlıq barədə razılığa gəlib 13/04/2026 Bank xəbərləri Birbank Invest-lə PAŞA Bank səhmdarı ol 13/04/2026 Digər xəbərlər Neft və Qaz Qazaxıstan martda Rusiya üzərindən neft ixracını 50% artırıb 13/04/2026 Ölkə daxili Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü işdən çıxıb 13/04/2026 Ölkə xarici Cənubi Koreya və Polşa strateji tərəfdaşlıq barədə razılığa gəlib 13/04/2026 Bank xəbərləri Birbank Invest-lə PAŞA Bank səhmdarı ol 13/04/2026