Azərbaycan iqtisadiyyatı ilk rübdə 0.3% kiçilib – DSK Ümumi iqtisadi xəbərlər 13/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan iqtisadiyyatında real olaraq 2026-cı ilin ilk üç ayında 0.3 faiz azalma (resessiya) qeydə alınıb. Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Halbuki, bu öncəki ayda 0.3 faiz real illik artım vardı. Bildirilir ki, azalmanı əsas tətikləyən amil neft iqtisadiyyatındakı 1.2 faiz azalaraq 8 mlrd. 531.6 mln manata düşməsidir. Qeyri-neft iqtisadiyyatı isə 0.2% cüzi azalma ilə 21 mlrd. 171.6 mln. manata qalxıb. Ümumi daxili məhsul isə 29 mlrd. 703.2 mln. manat təşkil edib. Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın real ÜDM artımının 2026-cı ildə 2%, 2027-ci ildə isə 1.8% olacağını proqnozlaşdırır. Bankın “Asiyanın İnkişaf Perspektivləri” icmalına görə, bu dövrdə orta illik artım 1.9% səviyyəsində qiymətləndirilir. r. ADB hesab edir ki, aqrar sektor 2026-cı ildə 1.4%, 2027-ci ildə 1% artacaq, sənaye istehsalı isə müvafiq olaraq 0.2% və 0.1% səviyyəsində zəif artım göstərəcək. Eyni zamanda, büdcə kəsirinin 2026-cı ildə ÜDM-in 2.2%-i, 2027-ci ildə isə 2.1%-i olacağı, ARDNF transfertlərinin isə 9.3% səviyyəsində qalacağı gözlənilir. Büdcə xərclərinin ÜDM-də payı 30.3% təşkil edəcək. Proqnozlar digər qurumlar arasında fərqlidir: İqtisadiyyat Nazirliyi 2026-cı ildə 2.9%, 2027-ci ildə 3.3%, AMB isə müvafiq olaraq 2.4% və 2.9% artım gözləyir. BVF 2026-cı il üçün 2.1%, S&P 2%, Fitch və Moody’s 2.5%, Dünya Bankı 1.8–2%, BMT 2.6–2.7% aralığında proqnoz verir. ING Group isə 2026-cı ildə 2.5%, 2027-ci ildə 3% artım gözləyir. Taglarazərbaycan iqtisadiyyatı Son xəbərlər Neft və Qaz Qazaxıstan martda Rusiya üzərindən neft ixracını 50% artırıb 13/04/2026 Ölkə daxili Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü işdən çıxıb 13/04/2026 Ölkə xarici Cənubi Koreya və Polşa strateji tərəfdaşlıq barədə razılığa gəlib 13/04/2026 İqtisadiyyat Yaxın Şərqdəki müharibə səbəbindən fıstıq 8 ilin maksimumuna çatıb 13/04/2026 Digər xəbərlər Neft və Qaz Qazaxıstan martda Rusiya üzərindən neft ixracını 50% artırıb 13/04/2026 Ölkə daxili Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü işdən çıxıb 13/04/2026 Ölkə xarici Cənubi Koreya və Polşa strateji tərəfdaşlıq barədə razılığa gəlib 13/04/2026 İqtisadiyyat Yaxın Şərqdəki müharibə səbəbindən fıstıq 8 ilin maksimumuna çatıb 13/04/2026