Əhalinin bir nəfəri orta hesabla ayda 517.2 manatlıq mallar alıb Ümumi iqtisadi xəbərlər 13/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 927,3 milyon manatlıq, o cümlədən 8 774,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7152,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Banker.az DSK-ya istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2026-cı ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 517,2 manatlıq, o cümlədən 284,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 232,3 manatlıq qeyri-ərzaq malları alıb. Taglarpərakəndə ticarət Son xəbərlər Neft və Qaz Qazaxıstan martda Rusiya üzərindən neft ixracını 50% artırıb 13/04/2026 Ölkə daxili Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü işdən çıxıb 13/04/2026 Ölkə xarici Cənubi Koreya və Polşa strateji tərəfdaşlıq barədə razılığa gəlib 13/04/2026 İqtisadiyyat Yaxın Şərqdəki müharibə səbəbindən fıstıq 8 ilin maksimumuna çatıb 13/04/2026 Digər xəbərlər Neft və Qaz Qazaxıstan martda Rusiya üzərindən neft ixracını 50% artırıb 13/04/2026 Ölkə daxili Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü işdən çıxıb 13/04/2026 Ölkə xarici Cənubi Koreya və Polşa strateji tərəfdaşlıq barədə razılığa gəlib 13/04/2026 İqtisadiyyat Yaxın Şərqdəki müharibə səbəbindən fıstıq 8 ilin maksimumuna çatıb 13/04/2026