Bakı və İrəvan arasında sülhün bərqərar olması Ermənistan üçün iqtisadi inkişafın yeni mərhələsini açır. "Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bu gün Ermənistanın iri işəgötürənləri ilə görüşü zamanı bildirib.