Regional qubernatorun bildirdiyinə görə, çərşənbə günü Ukraynanın cənub-şərqində , cəbhə xəttinə yaxın ərazidə sərnişin avtobusuna edilən Rusiya dron hücumu nəticəsində beş nəfər həlak olub, ən azı yeddi nəfər isə yaralanıb. Dnipropetrovsk vilayətinin qubernatoru Oleksandr Hanzha “Telegram” messenceri vasitəsilə bildirib ki, hücum Nikopol şəhəri ətrafındakı əraziyə olub. Hanzha pəncərələri partlamış və yan tərəfindən qan axan ağ rəngli nəqliyyat vasitəsinin fotosunu paylaşıb. Şəhər Dneprin digər sahilində, bir neçə kilometr aralıda yerləşən Rusiya tərəfindən işğal olunmuş ərazinin qarşısında yerləşir və müntəzəm olaraq Rusiya hücumlarının hədəfi olub. Dnipropetrovsk vilayət şurasının rəhbəri Mykola Lukashuk deyib: “Ruslar sərnişin avtobusuna qəddarcasına zərbə endirdilər. Onlar gündəlik işləri ilə məşğul olan insanları daşıyan mikroavtobusu hədəf aldılar”. Hücumla bağlı Rusiyadan dərhal heç bir şərh verilməyib. Həm Ukrayna , həm də Rusiya 2022-ci ildə Moskvanın qonşusuna qarşı tammiqyaslı işğalı ilə başlayan müharibədə mülki şəxsləri qəsdən hədəf aldıqlarını inkar edirlər.