Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Kanadaya ilk assosiativ üzv olmaq üçün qapı açır. Bu status blokun müqavilələrində mövcud deyil. Fon der Leyen Strasburq da illik Avropa İttifaqının Vəziyyəti adlı çıxışında deyib: “Tərəfdaşlıqlar Avropa üçün strateji seçimdir. Lakin onlar həm də beynəlxalq qaydalara əsaslanan sistemdəki parçalanmaya cavab verir”. “Biz dünyaya eyni gözlə baxırıq: süni intellekt dən iqlim dəyişikliyinə, Arktika dan geosiyasətə qədər. Və biz birlikdə dayanmışıq: Ukrayna da, müdafiədə, xammal və təchizat zəncirlərində. Lakin hər şeydən əvvəl... Avropa və Kanada demokratiyaya inanır”