Avropa Komissiyasının sədri Ursula fon der Leyen blokun Çinlə ticarəti yenidən tarazlaşdırmaq üçün bütün mövcud vasitələrdən istifadə etmək əzmini bir daha təsdiqləyib. Çərşənbə günü Avropa Parlamentində illik “İttifaqın Vəziyyəti” çıxışı zamanı enerji və innovasiya haqqında açılış nitqindən sonra o, tez bir zamanda AB-nin Çinlə ticarət kəsirinə keçib və “ikinci Çin şokunun ” artıq gəldiyini iddia edib. O, Avropa firmalarının bərabər şəraitdə rəqabət aparmalı olduğunu qeyd edərək, Brüsselin Pekinlə dialoqda olsa da, bu danışıqların nəticə verməli olduğunu bildirib. “Açıq deyim: münasibətlərimizi yenidən tarazlaşdırmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Sözlər yaxşıdır, amma əməllər daha yaxşıdır”, – fon der Leyen deyib.