Florida ştatının səlahiyyətliləri bildiriblər ki, bir ana və onun 5 yaşlı övladı evə gedərkən başqa bir avtomobildə onları izləyən silahlı tərəfindən güllələnərək yaralanıblar. Okala polisi bildirib ki, bazar ertəsi axşam saat 21:45 radələrində ata, ana və uşaq yolda olarkən kimsə başqa bir avtomobildən onlara atəş açıb. Okala Polis İdarəsinin rəisi Mayk Balken çərşənbə axşamı keçirdiyi mətbuat konfransında ananın əlindən, 5 yaşlı uşağın isə sinəsindən güllələndiyini deyib.