Azərbaycanda orta maaş 4.7 manat azalıb Ümumi iqtisadi xəbərlər 13/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1784,0 min nəfər olmuş, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Banker.az DSK-ya istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2026-cı ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 1099,1 manat təşkil edib. 2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1103.8 manat təşkil edib ki, bu da aylıq müqayisədə 4.7 manat azalmadır. Son xəbərlər Neft və Qaz OPEC+ ölkələri martda neft hasilatını gündəlik 7,6 mln. barel azaldıb 13/04/2026 Menecement (təyinatlar) Maliyyə Nazirliyində yeni kadr təyinatı olub 13/04/2026 Ümumi iqtisadi xəbərlər Dövlət sektorunda işçilərin sayı artdı, özəl sektorda azaldı 13/04/2026 Maliyyə xəbərləri Palata: Pozuntuların yarıdan çoxu büdcə qanunvericiliyi ilə bağlıdır 13/04/2026 Digər xəbərlər Neft və Qaz OPEC+ ölkələri martda neft hasilatını gündəlik 7,6 mln. barel azaldıb 13/04/2026 Menecement (təyinatlar) Maliyyə Nazirliyində yeni kadr təyinatı olub 13/04/2026 Ümumi iqtisadi xəbərlər Dövlət sektorunda işçilərin sayı artdı, özəl sektorda azaldı 13/04/2026 Maliyyə xəbərləri Palata: Pozuntuların yarıdan çoxu büdcə qanunvericiliyi ilə bağlıdır 13/04/2026