2025-ci ildə Azərbaycanın bank sektorunda 223 milyon manat qeyri-işlək kreditin silinməsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, silinmələrin 60,9 %-i (135,8 milyon manat) istehlak portfeli üzrə, 37,8 %-i (84,2 milyon manat) isə biznes portfeli üzrə olub.