Əsaslı elmi hesabatlara görə, 1979-cu ildən bəri Qrenlandiya və Antarktida buzlaqlarından təxminən 12,5 trilyon ton buz əriyib. Bu, ABŞ -ın kontinental ərazisini 1,5 metr dərinliyində buzla örtməyə kifayət edəcək qədər donmuş sudur. Çərşənbə günü “Scientific Data” jurnalında dərc olunan araşdırmaya əsasən, istiləşən Yer planetin iki əsas buz təbəqəsinin əriməsini sürətləndirir, ərimənin altıda beşi isti havadan deyil, buz təbəqələrini aşağıdan və yanlardan yeyən daha isti sulardan qaynaqlanır, buzlaqlar okeanlara axır. Tədqiqat müəllifləri bildiriblər ki, bu, gələcəkdə dəniz səviyyəsinin qalxması üçün pis xəbərdir. Kaliforniya Universiteti , İrvine -də buz alimi və tədqiqatın həmmüəllifi Erik Rignot deyib: “Buz təbəqələri sürətlə əriyir. Biz qütb bölgələrini əridirik, dəniz səviyyəsi dünya üzrə qalxır və sahil bölgələrinin həssaslığını daha da artıracaq”.