ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) bu gün Afrika rəqəmsal infrastruktur təminatçısı WIOCC -yə 155 milyon dollara qədər sərmayə yatıracağını elan etdi. Bu investisiya agentliyin indiyə qədərki ən böyük səhm investisiyasıdır. DFC bu maliyyələşdirməni Vision Invest və Afrika Maliyyə Korporasiyası ilə birlikdə təmin edəcəkdir. Yohannesburq da yerləşən WIOCC , 30-dan çox Afrika ölkəsində sualtı kabellər, fiber optik şəbəkələr və məlumat mərkəzləri idarə edir. Vaşinqton , Huawei kimi Çin texnologiya təminatçılarına alternativlər təklif etmək məqsədilə Afrikada telekommunikasiya və rəqəmsal infrastruktur layihələrinə dəstəyini artırıb. Agentlik daha əvvəl ABŞ -a məxsus telekommunikasiya operatoru Africell -ə 100 milyon dollarlıq kredit vermişdi. Agentliyin baş direktoru Ben Black bildirib ki, “Prezident Tramp və DFC Amerika üçün süni intellekt yarışında qalib gəlməyə sadiqdirlər”. Black qeyd edib ki, bu investisiya “dünyanın ən dinamik bazarlarından birində genişlənmək istəyən Amerika şirkətlərini dəstəkləyən etibarlı şəbəkələr üzərində Afrika nın inkişafı üçün növbəti nəsil rəqəmsal infrastrukturun qurulmasına kömək edəcək”. DFC bildirib ki, investisiya WIOCC -yə Afrika boyu rəqəmsal infrastrukturu gücləndirməyə kömək edəcək. Məlumat mərkəzləri və fiber optik şəbəkələr daxil olmaqla rəqəmsal infrastruktur süni intellekt xidmətlərinin tətbiqini dəstəkləyir.