Federal Ehtiyat Sisteminin çərşənbə günü günortadan sonra faiz dərəcələrini artırması qərarına cavab olaraq, Tramp “Truth Social”da yazıb: “ Birləşmiş Ştatlarda faiz dərəcələri 1% və ya daha az olmalıdır, çünki biz dünyada ən yaxşı kreditə sahibik – AÇIQ-AŞKAR”. Tramp həmçinin ABŞ ilə ticarət kəsiri olan ölkələrlə ticarəti dayandırma ehtimalını da gündəmə gətirib. O, bu barədə Fed faiz dərəcələrini azaltmasa, əvvəllər də danışmışdı. O yazıb: “Əgər kəsirimiz olan hər bir ölkə ilə ticarəti dayandırsaq, bu ölkələrin əksəriyyətidir, ildə ən azı 1,5 trilyon dollar qazanarıq. “Kəsir” sözü ZƏRƏR üçün sadəcə bəzəkli bir sözdür. Biz dünyadakı demək olar ki, hər bir ölkəni “daşıyırıq” və bu, daha davam edə bilməz”.