Böyük Britaniya kralı III Çarlz çərşənbə günü mərhum ilk həyat yoldaşı Diananın qardaşının tənqidinə cavab verərək, sözçüsü vasitəsilə kədərin ağıla, mühakiməyə və yaddaşa təsir edə biləcəyini bildirməklə qeyri-adi bir addım atdı. Yaxın zamanda nəşr olunacaq bir kitabda yer alan iddialar, 1997-ci ildə Diananın ölümündən sonrakı günlərdə hazırkı monarxın davranışları ilə bağlıdır. Diana 36 yaşında ikən, onu və sevgilisi Dodi Fayed i daşıyan avtomobil Paris də motosikletli paparatsilərdən qaçarkən qəzaya uğrayaraq həlak olmuşdu. Daily Mail qəzetinin cümə axşamı kitabı seriyalaşdırmağa başlayacağı xəbərinə görə, Diananın qardaşı Çarlz Spenser yaxın zamanda nəşr olunacaq xatirələrində o zamankı Şahzadə Çarlzın ona “əmin ol, biz onu tezliklə unudacağıq” dediyini iddia edir.