Rusiya aviazərbələri cümə axşamı səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə binalara ziyan vurub, Qara dəniz liman şəhəri Odessa da isə üç nəfərin yaralanmasına səbəb olub, rəsmilər bildiriblər. Mer Vitali Kliçko “Telegram” messenceri vasitəsilə bildirib ki, Kiyev də, digər yerlərlə yanaşı, dağıntılar anbarlara və hazırda Rusiya hücumlarının tez-tez hədəfi olan yanacaqdoldurma məntəqəsinin yaxınlığına düşüb. “Reuters” agentliyinin şahidi bildirib ki, Kiyev də partlayış səsləri eşidilib. Oradakı səlahiyyətlilər “Telegram”da bildiriblər ki, Rusiya nın Qara dəniz liman şəhəri Odessa da 19 mərtəbəli yaşayış binasını vurması nəticəsində uşaq da daxil olmaqla üç nəfər yaralanıb.