Bu həftənin əvvəlində Hörmüz boğazı yaxınlığında ABŞ ilə müqaviləli gəmiyə çoxsaylı İran dronları və bir raketlə hücum edilib, nəticədə heyət üzvləri arasında yüngül xəsarətlər qeydə alınıb. Bu barədə çərşənbə günü ABŞ mediası məlumat yayıb. Fox News məsələ ilə tanış olan iki şəxsə istinadən bildirib ki, hücumda dörd İran dronu və ən azı bir raket iştirak edib, strateji su yolunda hərəkət edən gəmiyə bir mərmi birbaşa dəyib. Məlumatlara görə, hücum nəticəsində personal arasında tüstü ilə nəfəsalma halları da daxil olmaqla yüngül xəsarətlər yaranıb və hazırda onlar adı açıqlanmayan Körfəz ölkəsində tibbi müalicə alırlar.