Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək Ölkə xarici 13/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadası ilə bağlı xəbərdarlıq edib. Tramp bu barədə “Truth Social”da yazıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Tramp qeyd edib ki, İran gəmiləri blokadanı yarmağa çalışacağı təqdirdə, dərhal məhv ediləcəklər. İranın 158 gəmidən ibarət hərbi donanmasını məhv etdiklərini vurğulayan Tramp yerdə qalan sürətli hücum qayıqları ilə bağlı da xəbərdarlıq edib. “Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək – dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni üsulla. Bu, sürətli və amansızdır”, – ABŞ lideri vurğulayıb. Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib. MənbəAPA TaglarABŞ-İranDonald TrampHörmüz boğazı Son xəbərlər Ölkə xarici ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib 13/04/2026 Karyera Prezidentin yeni Mətbuat katibi kimdir? 13/04/2026 Daşınmaz əmlak Mərkəzi Bank: Median aylıq kirayə haqqı 1 000 manatı ötüb 13/04/2026 Bank xəbərləri ABB ilin ilk rübündə aktivlərini 5% artırıb 13/04/2026 Digər xəbərlər Ölkə xarici ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib 13/04/2026 Karyera Prezidentin yeni Mətbuat katibi kimdir? 13/04/2026 Daşınmaz əmlak Mərkəzi Bank: Median aylıq kirayə haqqı 1 000 manatı ötüb 13/04/2026 Bank xəbərləri ABB ilin ilk rübündə aktivlərini 5% artırıb 13/04/2026