ABŞ Prezidenti Donald Tramp bazar ertəsi xəbərdarlıq edib ki, İranın ABŞ-ın dəniz blokadasına yaxınlaşan istənilən “sürətli hücum” gəmisi məhv ediləcək. “Bizim vurmadığımız onların az sayda, özlərinin “sürətli hücum gəmiləri” adlandırdıqları gəmilərdir, çünki biz onları böyük təhlükə hesab etmirdik. Xəbərdarlıq: Əgər bu gəmilərdən hər hansı biri bizim BLOKADA -mıza yaxınlaşsa, dənizdəki narkotik satıcılarına qarşı istifadə etdiyimiz eyni məhv etmə sistemi ilə dərhal LƏĞV ediləcək. Bu, sürətli və qəddardır”, – Tramp “Truth Social” platformasında yazıb. Bu bəyanat ABŞ və İran arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.