ÇOLPON-ATA (Qırğızıstan), 17 sentyabr. /TASS/. Qırğızıstanın müdafiə nazirinin birinci müavini, general-mayor Talaybek Şarşeyev Müstəqil Dövlətlər Birliyi ( MDB ) üzv ölkələrinin Müdafiə Nazirləri Şurası yanında Hava Hücumundan Müdafiə üzrə Koordinasiya Komitəsinin 63-cü iclasında bildirib ki, MDB üzv ölkələrinin birgə hava hücumundan müdafiə sistemi hava hücumundan müdafiə sahəsində ən effektiv sistemlərdən biridir. O vurğulayıb ki, “Artıq uzun illərdir ki, MDB üzv dövlətlərinin birgə hava hücumundan müdafiə sistemi ölkələrin hava məkanının qorunmasını təmin etmək üçün səylərin əlaqələndirilməsi üzrə ən effektiv sistemlərdən biridir”. Şarşeyev qeyd edib ki, hazırkı hərbi-siyasi vəziyyət sürətli dəyişikliklər və yeni çağırışlar, təhdidlərlə xarakterizə olunur. Bu şəraitdə kollektiv təhlükəsizlik mexanizmlərinin daha da inkişaf etdirilməsi, əməliyyat koordinasiyasının təkmilləşdirilməsi və informasiya mübadiləsinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.