TASS müxbirinin hadisə yerindən verdiyi məlumata görə, imzalama mərasimi Çin paytaxtında, ŞƏT Katibliyində baş tutub. Sənəd bu birliklərin işgüzar şuralarının iştirakı ilə bir sıra birgə layihələrin həyata keçirilməsini, aqrar-sənaye kompleksi, ərzaq təhlükəsizliyi və gömrük tənzimlənməsi kimi sahələrdə tədbirlərin təşkilini, eləcə də icra orqanları arasında yaşıl iqtisadiyyatın, rəqəmsallaşmanın, informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə məlumat mübadiləsini nəzərdə tutur.