[P1] Faiz dərəcələrinin sürətli şəkildə endiriləcəyinə ümid edən investorlar, ABŞ Federal Ehtiyat Sistemi (Fed) faiz artımı ilə inflyasiya ilə bağlı daha sərt mesaj verdikdən sonra tərəddüdə düşüblər. İsveç bankı UBS bu qərarı “şahin” artım adlandırıb və bildirib ki, Fed növbəti üç-dörd il ərzində siyasətin nə qədər məhdudlaşdırıcı olması lazım olduğunu əsaslı şəkildə yenidən nəzərdən keçirib.