Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard cümə günü 2027-ci ilin oktyabrında səlahiyyət müddəti bitənə qədər vəzifəsində qalıb-qalmayacağı ilə bağlı suala “görərik” cavabını verərək, postunu erkən tərk etmək ehtimalını açıq saxlayıb. Laqard İrlandiyanın milli yayımçısı RTE -yə bu ilin əksər hissəsində davam edən erkən istefası ilə bağlı şayiələr barədə suala cavab olaraq: “Mən 2027-ci ildə gedirəm”, – deyib. Bunun 2027-ci ilin oktyabrı demək olub-olmadığı soruşulduqda, Laqard cavab verib: “Görərik.” O əlavə edib: “Bu məqamda sizə deyə biləcəyim odur ki, vaxtından asılı olmayaraq, bu, ən peşəkar şəkildə həll olunacaq, necə ki, olmalıdır.” Mənbələr bu həftə Reuters -ə bildiriblər ki, Fransa Laqardın yerinə hollandiyalı Klaas Knot -u dəstəkləyəcək. Bu, Fransalı namizədin baş iqtisadçı vəzifəsinə seçiləcəyi bir razılaşmanın hissəsi olacaq.