Bank of America Global Research -in cümə günü yayımladığı hesabatına əsasən, investorlar son həftədə ABŞ səhmlərinə üç ayın ən sürətli tempi ilə pul yatırıb, korporativ istiqrazlardan isə vəsait çıxarıblar. Bu həftə dünyanın ən böyük mərkəzi bankları inflyasiyanı hədəf alaraq ya faiz dərəcələrini artırıb, ya da bunu etməyə hazır olduqlarını bildiriblər. Bu, neftin bir barel üçün 100 dollardan yuxarı qalması və Yaxın Şərqdəki müharibədən qaynaqlanan qiymət təzyiqlərinin iqtisadiyyata yayılmağa başlaması fonunda baş verib.