Paşinyan: Azərbaycanla dəmir yolu heç vaxt bağlanmayacaq Ümumi iqtisadi xəbərlər 13/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Aprelin 13-də Baş nazir Nikol Paşinyan Ermənistanın iri işəgötürənlərinin nümayəndələri ilə işçi yeməyində iştirak edib. Görüşdə əsasən iqtisadi məsələlər müzakirə olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Paşinyan bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yeni inkişaf mərhələsi başlayır. O deyib: “Biz TRIPP layihəsinin işə salınması ilə bağlı bir sıra böyük hadisələr gözləyirik. Bu layihə mühüm əhəmiyyət daşıyır, çünki Ermənistan sonda blokadadan tam çıxacaq. Faktiki olaraq indi də Ermənistan blokadanı aşmış sayılır, çünki Azərbaycan ərazisindən artıq dəmir yolu yük daşımaları mümkündür və həyata keçirilir. Eyni zamanda Gürcüstan üzərindən də ixrac daşımaları TRIPP layihəsi işə düşənə qədər mümkündür. Vacib məqam ondan ibarətdir ki, siyasi razılaşmaya görə bu dəmir yolu heç vaxt bağlanmayacaq. Bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrutdur”,- deyə baş nazir bildirib. MənbəMODERN.AZ TaglarAzərbaycan-Ermənistandəmir yoluNikol Paşinyan Son xəbərlər İnvestisiya ARDNF-in ən çox yatırım etdiyi İT nəhəngləri: “NVIDIA” və “Apple” aktivləri 1,5 mlrd. dollara yaxınlaşıb 13/04/2026 Ümumi iqtisadi xəbərlər ABŞ-İran müharibəsi bu çərəzin qiymətini bahalaşdırdı 13/04/2026 Menecement (təyinatlar) Ona TƏBİB-də yeni vəzifə verildi 13/04/2026 FinTex Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri kimlərə şamil olunacaq? – Açıqlama 13/04/2026 Digər xəbərlər İnvestisiya ARDNF-in ən çox yatırım etdiyi İT nəhəngləri: “NVIDIA” və “Apple” aktivləri 1,5 mlrd. dollara yaxınlaşıb 13/04/2026 Ümumi iqtisadi xəbərlər ABŞ-İran müharibəsi bu çərəzin qiymətini bahalaşdırdı 13/04/2026 Menecement (təyinatlar) Ona TƏBİB-də yeni vəzifə verildi 13/04/2026 FinTex Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri kimlərə şamil olunacaq? – Açıqlama 13/04/2026