Türkiyənin Ərzincan vilayətində 4 maqnitudalı zəlzələ olub. "Report" xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkan yerli vaxtla 19:15-də Kemah rayonunda baş verib. Zəlzələ ocağının dərinliyi 7,12 kilometrdir.