Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, görkəmli baletmeysterlə aprelin 14-ü, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimin ardınca isə İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.