BMT-nin dünyanın ən böyük humanitar təşkilatı olan Ümumdünya Ərzaq Proqramı (WFP) cümə günü ABŞ Prezidenti Donald Trampın namizədi Luke Lindberqi növbəti icraçı direktoru təyin etdiyini açıqlayıb. Hazırda ABŞ-ın kənd təsərrüfatı sahəsində yüksək vəzifəli rəsmisi olan Lindberq , BMT-nin Baş Katibi Antonio Quterreş və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Qu Donqyu tərəfindən WFP idarə heyəti ilə məsləhətləşmələrdən sonra təyin edilib. O, səhhəti ilə əlaqədar Roma mərkəzli təşkilatdan ayrılan Cindy McCaini əvəz edir. McCainin yerinə müvəqqəti olaraq onun müavini Carl Skau təyin edilmişdi. WFP bildirib ki, dünya üzrə təxminən 266 milyon insan münaqişələr, ekstremal hava şəraiti və iqtisadi çətinliklər səbəbindən kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir və təşkilat 83 ölkədə 100 milyondan çox insana yardım göstərib.