Wall Street Journal -ın danışıqlara yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Boeing və Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) yaxın illərdə Starliner kosmik gəmisindən 10 və ya daha çox yeni uçuş üçün istifadə etmək planlarını müzakirə edir. Bu missiyalar Beynəlxalq Kosmik Stansiyanın fəaliyyət göstərdiyi aşağı Yer orbitinə ABŞ-ın çıxışını təmin etməyə kömək edəcəkdi. NASA -nın sözçüsü bildirdi ki, agentlik aşağı Yer orbitində davamlı mövcudluq məqsədlərinə çatmaq üçün planlar hazırlayır və detalları tezliklə açıqlayacaq. Boeing -in sözçüsü isə şirkətin NASA -nın səylərinə sadiq qaldığını və növbəti Starliner missiyasını başlatmağı gözlədiyini qeyd etdi. NASA əvvəllər Starliner -i altı missiyaya qədər həyata keçirmək üçün seçmişdi. 2024-cü ilin yayında Starliner -in sınaq uçuşu NASA astronavtları Barry Wilmore və Sunita Williams -ı BKS -ə çatdırmışdı. Əməliyyat zamanı uğursuz işləyən itələyicilər də daxil olmaqla, ekipaj üçün təhlükəsizlik narahatlıqları yaradan performans problemləri yaşanmışdı. Starliner 2024-cü ilin sentyabrında Yerə boş qayıtdıqdan sonra bir daha uçuş həyata keçirməyib.