Beynəlxalq Atom Enerjisi Agentliyi (MAEA) cümə günü bildirib ki, Rusiyanın qərbində yerləşən Kursk Atom Elektrik Stansiyasının reaktor blokunun soyutma qülləsinin əvvəlki gün “ PUA tərəfindən vurulduğu” barədə məlumat alıb. BMT-nin nüvə nəzarət orqanı qeyd edib ki, zərbə zamanı reaktor bloku fəaliyyət göstərsə də, işini əvvəlki kimi davam etdirib və yanğın baş verməyib. Rusiyanın dövlət nüvə enerjisi korporasiyası Rosatom verdiyi açıqlamada zərbənin stansiyanın 1 nömrəli reaktorunda “kiçik zərər”ə səbəb olduğunu və əməliyyata təsir etmədiyini bildirib. Açıqlamada deyilir: “Reaktor 100% gücü ilə işləməyə davam edir”. Radiasiya səviyyələrinin dəyişməz olduğu və normalar daxilində qaldığı qeyd edilib.