ABŞ-ın İran limanlarının blokadası bazar ertəsi günü iki ölkə arasında sülh danışıqlarının həftəsonu razılaşma olmadan başa çatmasından sonra başladı. Sosial media paylaşımında ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, blokadaya yaxınlaşmağa cəhd edən istənilən İran "sürətli hücum gəmiləri" "dərhal MƏHV EDİLƏCƏK". Bəs blokada nə edəcək və riskləri nələrdir? BBC -nin təhlükəsizlik müxbiri Frank Gardner bunun necə işləyəcəyini və qlobal miqyasda potensial təsirlərini izah edir.